Şəhriyar və Teymurdan uğursuz nəticə

 00:25 26.09.2021     51

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda final mərhələsi start götürüb.

Axar.az xəbər verir ki, Şəhriyar Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. I və III partiyada rəqibi ilə heç-heçə edən 36 yaşlı qrossmeyster II və IV qarşılaşmasında məğlubiyyətlə üzləşib. Məmmədyarov yekunda 1:3 hesabı ilə uduzub.

Teymur Rəcəbov isə rusiyalı Vladislav Artemyovla qarşılaşıb. 4 görüşün hamısı bərabərliklə başa çatdığı üçün tay-breyk oynanılıb. Rəcəbov burada rəqibinə məğlub olub 0,5:1,5.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/589525.html