Azyaşlı qızlara iyrənc mesaj və fotolar göndərən vəkildən qalmaqallı etiraf: Razılıq əsasında olub

 01:01 26.09.2021     47

Ankarada 17 yaşlı qızlara təyin olunan vəkil onlara əxlaqsız açıq mesajlar və ədəbsiz şəkillər göndərməsi ilə qalmaqal yaradıb.

Milli.Az-ın hürriyət-ə istinadən xəbərinə görə, qızların şikayətindən sonra vəkilə qarşı "vəzifəsindən istifadə edərək cinsi təcavüz" ittihamı ilə iddia açılıb. Məhkəmədə vəkil "razılıqları vardı" deyərək özünü müdafiə edib. Lakin məhkəmə qurbanların uşaq olduğunu, təqsirləndirilən şəxsin vəkil olduğu və ondan hüquqi yardım gözlədikləri qənaətinə gəlib. Nəticədə onun barəsində 5 il 3 ay həbs cəzası çıxarıb.

Kamran Seyidov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/criminal/982608.html