PKK-ya daha bir şok: 51 üzvü təşkilatdan çıxdı

 01:50 26.09.2021     49

İraqın Mosul şəhərinin Sincar rayonunda 51 PKK üzvü təşkilatı tərk edərək İraq Kürd Regional Rəhbərliyinə bağlı peşmərgə qüvvələrinə qoşulub.

Axar.az xəbər verir ki, bu barədə "Kürdüstan 24" telekanalına Kürdistan Demokratik Partiyası Sincar məsulu Aşti Koçər açıqlamasında deyib.

İraq Kürd Regional Rəhbərliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/589535.html