"Arsenal" "Tottenhem"i məğlub etdi

 22:17 26.09.2021     57

Bu gün İngiltərə Premyer Liqasının altıncı turu çərçivəsində "Arsenal" "Tottenhem"i qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Arsenal"ın heyətində qolları Emil Smit-Rou (12-ci dəqiqə), Pyer-Emerik Obameyanq (27) və Bukayo Saka (34) vurublar.

"Tottenhem"in yeganə qolunu 73-cü dəqiqədə Son Hın Min vurub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/982797.html