44 günlük savaş zamanı əsl sual bu idi - Pulido

 22:13 26.09.2021     55

Müharibənin baş verməsi məni təəccübləndirmədi, çünki müxtəlif göstəricilər müharibənin qaçılmaz olduğunu göstərirdi.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a ispan hərbi ekspert Villi Pulido 44 günlük müharibənin ildönümü haqda danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, müharibə başlamazdan əvvəl Azərbaycanın Ermənistan üzərindəki üstünlüyü aydın sezilirdi:

“Gözləntilərim sürətli bir müharibə olacağı və Azərbaycanın Ermənistan üzərində böyük bir texnoloji üstünlük nümayiş etdirəcəyi idi. 2016-cı il müharibəsində artıq Azərbaycan hərbi cəhətdən üstün olduğunu sübut etdi və iki ölkə arasındakı fərq uçurumu genişləndi. Ermənistan eyni dərəcədə innovativ hərbi siyasət yeridə bilmirdi”.

Ekspert müharibənin əvvəlində bunun 44 gün davam edəcəyini düşünmədiyini də qeyd edib:

“Savaşın 44 gündən az davam edəcəyini düşünürdüm. Çünki müharibənin ilk günündə Azərbaycan Ordusunun Şuşaya çatacağını və Yuxarı Qarabağa bitişik bütün əraziləri alacağını düşünmürdüm. Azərbaycan tərəfinin bu savaşla daha məhdud məqsədlər hədəflədiyi və bu hədəflərə daha qısa müddətə çatacağı ehtimal edilirdi. Lakin sonradan Azərbaycanın bütün yolu getmək istədiyi göründü. Əsl sual, erməni ordusunun nə qədər tab gətirə biləcəyi idi. Yüksək dərəcədə aşınma və verdikləri itkilər nəzərə alınmaqla, bu, təsəvvür etdiyimdən daha uzun çəkdi”, – deyə mütəxəssis bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/370419.html