Bundestaqa seçkilər: Ekzitpol ilk məlumatları açıqladı

 22:37 26.09.2021     53

Olaf Şoltsun rəhbərlik etdiyi alman sosial-demokratları Bundestaqa (parlament) seçkilərində 26 faiz səslə liderlik edir.

Axar.az xəbər verir ki, ZDF telekanalında yayımlanan ilkin ekzitpol məlumatlarına görə, Almaniya mühafizəkarlar partiyası (Angela Merkelin bloku) Armin Laşetin liderliyi ilə 24 faiz səs toplayaraq ikinci yerdə gedir. Yaşıllar ittifaqı partiyası Annalena Berbokun başçılığı ilə 14,4 faiz səslə üçüncü sırada qərarlaşır. Həmçinin “sollar” 5 faiz səslə parlamentə keçir.

Seçkilərin ilkin rəsmi nəticələri bazar sentyabrın 27-nə keçən gecə, yekun nəticələr isə təxminən iki həftə sonra dərc ediləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/589695.html