Malların satışı üzrə vasitəçilik fəaliyyəti necə tənzimlənir?

 22:51 26.09.2021     59

Ölkə daxilində malların satışı üzrə vasitəçilik fəaliyyəti necə tənzimlənir və ƏDV ödəyicisi olan hüquqi şəxs üçün hansı vergi öhdəlikləri yaranır?

Dövlət Vergi Xidmətindən Milli.Az-ın sualına cavab olaraq bildirilib ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı, vergiödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200 min manatdan artıq olduğu halda, vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/979075.html