Sabah restoranlar fəaliyyətini dayandırır

 23:10 26.09.2021     54

Sabah Vətən müharibəsi şəhidlərinin anım günü ilə bağlı bir sıra restoranlar fəaliyyətini dayandırır.

Axar.az-ın Manset.az-a istinadən məlumatına görə , "Neolit", "Günaydın", "Niaqara" restoranlar fəaliyyətini dayandırır. Bu barədə saytımıza açıqlamasında adıçəkilən restoranların inzibatçıları bildirib.

"Niqara" restoranının administratoru Emin Hüseynov: " Sabah şəhidlərimizin anım günü ilə bağlı fəaliyyətimizi tamam dayandırırıq. Düşünürük ki, hər kəs bu addımı atmalıdır."

"Neolit" restoranının administratoru Emin Əliyev: " Sabah biz fəaliyyətimizi dayandırırıq. Allah şəhidlərimizi rəhmət eləsin!"

"Günaydın" restoranının inzibatçısı Ərdal bəy: " Genel müdiri gözləyirik, toplantı keçirib, qərar verəcəyik. Böyük ehtimal dayandırırıq. Bu addımı birinci biz atmalıyıq"

Bununla yanaşı bəzi restoranlar sabah fəaliyyət göstərəcək. Bunlar "Su səsi", "Özsüt", "Xaçapuri-garden" restoranlarıdır.

"Özsüt" restoranının administratorunun açıqlaması isə təəssüf doğurur. İnzibatçı Kənan:

"Sabah nə günüdür ki? Nəyə görə dayanmalıyıq, mənə bu barədə göstəriş veriməyib"


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/589706.html