Belarusdan şok: Onlara elektroşokla işgəncə verib...

 23:46 26.09.2021     51

Polşa və Litva Belarusdan gələn qaçqınların deportasiya etməkdə davam edir. Son iki ay ərzində Belarus sərhədçiləri 700-dən çox belə cəhdi dəf etmişlər.

Axar.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

"Təkcə avqust -sentyabr aylarında Polşa və Litva ərazisindən Belarus ərazisinə keçmə cəhdinin dəfələrlə qarşısı alınıb. 8.5 mindən çox qaçqını Belarus ərazisinə sıxışdırmağa çalışdılar. Bura göndərilməzdən əvvəl insanlar elektroşokla işgəncəyə məruz qalır, döyülür və bu kimi hallar hər gün baş verir” - deyə o, qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/589714.html