Bakı Media Mərkəzi Anım Gününə həsr olunmuş çarx hazırladı - VİDEO

 23:49 26.09.2021     48

Bakı Media Mərkəzi 27 sentyabr Anım gününə həsr olunmuş videoçarx hazırlayıb.

Publika.az xəbər verir ki. mərkəzin paylaşımında bildirilib:

“Qəlbinin sevgilisi ilə ayrılıb, Vətən sevgisi ilə şəhid olan bütün əsgər və zabitlərimizi dərin ehtiramla anır, xatirələrini uca tuturuq. Onların ruhu qarşısında baş əyirik!

Bakı Media Mərkəzi olaraq 27 sentyabr Anım günündə bu video çarxı məhz onlara - Vətən sevgisini hər şeydən üstün tutan qəhrəmanlarımıza həsr edirik.

Videonun musiqisi bəstəkar Etibar Əsədliyə məxsusdur”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/370424.html