İrəvanın bu qədər tez çökməsinə təəccübləndim - Ştukers

 00:26 27.09.2021     53

Dağlıq Qarabağ müharibəsinin başlamasını səhər xəbərlərindən eşitdim. Düzünü desəm, qarşıdurmanın bu qədər tez bitəcəyini gözləmirdim və erməni müqavimətinin xüsusilə dağlıq ərazidə bu qədər tez çökməsinə təəccübləndim.

Bu sözləri Axar.az-a belçikalı mütəxəssis Robert Ştukers 44 günlük müharibənin ildönümü haqda danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, bu sürətli çöküş İrəvan hakimiyyətinin üçüncü dövlətlərə arxalanması və ordusunun hazırlıqsızlığından qaynaqlanırdı:

“Erməni tərəfinin çox qısa bir zamanda məğlub olmasının ikinci səbəbi gələcəkdə hərbi strategiyada və bütün dünyada nəzərə alınması lazım olan, müharibədə fərqli bir vəziyyət yaradan yeni silahların, o cümlədən, dronların istifadəsi idi. Sülhün bərqərar olunmasından sonra bu münaqişənin strateji vəzifəsi Qafqaz zəncirinin cənubunda quru rabitə yollarının azad edilməsi olmalıdır ki, bu da gecikmədən Şərq-Qərb və Şimal-Cənub əlaqələrini qurmağa imkan verəcək. Qafqazdan Qara dəniz, Dunay, Əsas Dunay kanalı və Reyn yoluna çıxış olduğundan, bu, Qərbi Avropa da daxil olmaqla, bütün Avropanın maraqlarına uyğundur. Şimal-Cənub bağlantısı sizin bölgəni yeni dəmir yolları, Volqa və Rusiya kanalları ilə Baltik və Arktikaya birləşdirəcək. Biz quru əlaqələrinin sərbəst və axıcı olmasını istəyirik”, – deyə belçikalı ekspert bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/589709.html