Ceyhun Bayramovdan Anım Günü ilə bağlı paylaşım

 00:37 27.09.2021     49

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tvitter səhifəsində 27 sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.

Axar.az xəbər verir ki, paylaşımda deyilir:

“27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günüdür. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/589722.html