Rəcəbov və Məmmədyarov uduzdu

 01:24 27.09.2021     43

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində II turun görüşləri keçirilib.

Axar.az xəbər verir ki, azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 4 hissəlik görüşdə qalib müəyyənləşmədiyindən, tay-breyk oynanılıb. Bu zaman rəqib daha güclü olub.

Şəhriyar Məmmədov isə Maqnus Karlsenlə qarşılaşıb. Bu görüşdə isə qalib əsas hissə və tay-breykdə yox, armaggedonda müəyyənləşib. Karlsen 4:3 hesabı ilə qalib gəlib


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/589728.html