Ermənistan bütün mina xəritələrini Azərbaycana təhvil verməlidir - AŞPA-nın məruzəçisi

 19:06 27.09.2021     44

Ermənistan Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərinin mina sahələrinin xəritələrini təhvil verməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri" mövzusunda məruzəçisi Paul Havan assambleyanın payız sessiyasında çıxışı zamanı deyib.

"Mina probleminin həlli çox vacibdir. Qarabağ zonası da dünyanın ən çox minalanmış bölgələrindən biridir. Bu yaxınlarda Ermənistanın xəritələrin bir qismini Azərbaycana təhvil verməsini müsbət qarşılayırıq, amma Ermənistan bütün xəritələri təhvil verməlidir", - deyə Havan bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/983079.html