Sərnişinlərin NƏZƏRİNƏ: bu elektrik qatarının hərəkətində problem yarandı

 19:28 27.09.2021     34

Bakı-Xırdalan-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.

Publika.az xəbər verir ki, saat 18:35-də Bakı Dəmir Yolu Vağzalından hərəkətə başlayan qatar 15 dəqiqə sonra dayanıb.

Maşinist bunu texniki problemlə əlaqələndirib.

Hazırda problemin aradan qaldırılması üzərində iş gedir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neqliyyat/370542.html