Əməkdar artist xəstəxanaya yerləşdirildi

 21:08 27.09.2021     48

Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Niftulla Əsgərov xəstəxanaya yerləşdirilib.

Kult.az xəbər verir ki, bu barədə Oxu.az-a aktyor özü məlumat verib.

O, bildirib ki, bir müddət əvvəl ürəyinə stent qoyulub:

“Müalicə alırdım və dərmanlar mədəyə fəsad verib və həmin orqanımda daxili qanaxma baş verib. Bir neçə gün əvvəl komaya düşdüm. Həkimlərin səyi ilə indi vəziyyətim stabildir”.

Əməkdar artist əlavə edib ki, sabah yenidən ürəyinə stent qoyulacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/589966.html