Koronavirusa yoluxmaqdan 100% qoruyan 2 amil AÇIQLANDI

 21:10 27.09.2021     47

Koronavirusa yoluxmadan 100% zəmanətli qorunma üsulu açıqlanıb.

Milli.Az xəbər verir ki, britaniyalı infeksionistlərin elmi tədqiqatlarının nəticəsi The Telegraph nəşrində çap olunub.

Alimlər bildirib ki, virusa yoluxmaqdan 100% qoruyan yalnız 2 amil ola bilər:
1- İnsan artıq bir və ya iki dəfə təbii olaraq xəstəliyə yoluxub və sağalıb
2- İnsan Pfizer və ya Moderna peyvəndindən 2 doza alıb.

Yalnız bu vaksinlər 97% qoruyuculuğa malikdir və daha güclü antitellər yaradır.
Alimlər bu immuniteti hibrid adlandırır.

Məşhur infeksionist Nikolay Malışev bildirib ki, britaniya alimlərinin bu elmi işi 100%lik zəmanət deyil və tam əminlik yaratmır. İstənilən tədqiqat bir neçə dəfə və daha çox sayda insan üzərində təkrar yoxlanmalıdır.

Peyvəndlə 90% zəmanət o halda ola bilər ki, buster doza, yəni insan 2 doza vaksin olandan bir müddət sonra üçüncü dozanı da vurdurub. /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/982910.html