Həftə ərzində nə qədər ərazi minalardan təmizlənib? - FOTO

 21:24 27.09.2021     44

Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına dair həftəlilk məlumatı açıqlayıb.

Publika.az-a xəbər verir ki, sentyabrın 20-dən 25-dək olan müddətdə piyada əleyhinə 72 mina aşakarlanıb. Tank əleyhinə aşkarlanan minaların sayı isə 6-ya bərabədir.

Həftəiçi 121 partlamamış hərbi sursat tapılıb.

Təmizlənmiş ərazi isə 1 856 117 (186 ha) kv.m-dir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/370553.html