AÇ-2022: Millimiz böyük hesabla məğlub oldu

 22:11 27.09.2021     55

Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi 2022-ci il Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Axar.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan kollektiv ilk turda Monteneqro ilə qarşılaşıb.

Albaniyanın Elbasan şəhərində gerçəkləşən görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanın heyətində yeganə qolu 71-ci dəqiqədə penaltidən Aydan Həsənova vurub. Monteneqro yığmasında isə İvana Boriçiç (3), Tatyana Osmayiç (2) və Tanya Malesiya fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu sentyabrın 30-da Albaniyaya qarşı keçirəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/589971.html