Neftçalada pambıq zavodunda YANĞIN

 22:36 27.09.2021     51

Neftçala rayonununun pambıq zavodunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayonun Qədimkənd kəndi yaxınlığında pambıq zavodunun ərazisində çəkisi 183 ton olan pambıq bağlamalarının 153 kiloqramı yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb, pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/370559.html