Göygöldə zəncirvari qəzada avtomobillərə ciddi ziyan dəyib

 23:20 27.09.2021     55

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun "Mal bazarı" adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "NİVA", "VAZ 2106", "VAZ 2107" və "Opel" markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/983094.html