Qazaxda avtomobil piyadanı vurdu

 01:41 28.09.2021     50

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Publika.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. "VAZ-2106" markalı avtomobil Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Alixan Kərimovu piyadanı vurub. Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/370570.html