“Arsenal”ın yetirməsi “Zirə”də - Müqavilə

 15:03 14.01.2020     39

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.

Axar.az xəbər verir ki, komanda Alie Sesayı heyətinə qatıb.

25 yaşlı sierra leoneli müdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, London "Arsenal"ının yetirməsi olan Sesay daha əvvəl İngiltərənin "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.


Xəbərin mənbəyi: https://axar.az/news/idman/436955.html