Türkiyə futbolunun əfsanəsi sürücü işləyir - Foto

 15:22 14.01.2020     101

Türkiyə məhkəməsinin qərarı ilə FETÖ terror təşkilatına maliyyə yardımı göstərməkdə təqsirli bilinərək, haqqında həbs cəzası verilən və bütün əmlakı müsadirə edilən Hakan Şükür ABŞ-da taksi sürücüsü kimi fəaliyyətə başlayıb.

Milli.az xəbər verir ki, uzun müddətdir ABŞ-da yaşayan 45 yaşlı keçmiş futbolçunun açdığı kafedə "Dombra" musiqisi səslənib. Almaniyanın "Welt am Sonntag" qəzeti bu hadisədən sonra veteran futbolçunun kafeni bağladığını yazıb.

O, smartfon telefonlarla idarə edilən "Uber" taksi şirkətində sürücü kimi işləməyə başlayıb.

Hakan Şükür 2015-ci ildə ABŞ-a köçüb. Onun atası Semet Şükür Sakaryada davam edən məhkəmədə günahlandırılır. Samet Şükürün bütün əmlakı dondurulub.

Hakan Şükür DÇ-2002-nin Cənubi Koreyaya qarşı 3-cü yer uğrunda keçirilən matçın 10,8-ci saniyəsində qol vurmuşdu. Türkiyə millisinin sabiq üzvü bu rekordla tarixə düşüb.


Xəbərin mənbəyi: https://axar.az/news/idman/436960.html