Cazibədar rus model: “Atama desəm ki, bir qıza vurulmuşam...”

 15:31 14.01.2020     72

Cazibədar rus model Alesya Kafelnikova anası Mariya Tişkova ilə ünsiyyət saxlamadığını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kafelnikova "Forbes"ə müsahibəsi zamanı danışıb.

"Anamla, demək olar ki, münasibət yoxdur. O, hərdən "Instagram"da mənim şəklimi paylaşır və mənimlə fəxr etdiyini yazır, ancaq biz, ümumiyyətlə, zəngləşmirik", - Kafelnikova bildirib.

Anasının həmişə susduğunu və artıq söz deməkdən qorxduğunu bildirən cazibədar model uşaqlığında anası ilə ünsiyyətin onun üçün xoşbəxtlik gətirdiyini qeyd edib.

Atası ilə münasibətlərinin daha normal olduğunu söyləyən model özünü pis hiss etdiyi anlarda valideynlərinə zəng etməyə üstünlük vermədiyini bildirib.

"Onlar məni anlamırlar. Məsələn, atama desəm ki, bir qıza vurulmuşam, o mənə sadəcə deyəcək ki, ayaqların bir də Rusiyaya dəyməsin!", - Kafelnikova söyləyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/817739.html