Narkoloji Mərkəzə yeni baş direktor təyin edildi

 15:34 14.01.2020     25

Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Axar.az xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı yanvarın 14-də əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov təyin edilib.

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub.


Xəbərin mənbəyi: https://axar.az/news/toplum/436965.html