ABŞ-la İrana müdaxilə etməyəcəyik, amma... – Lavrov

 15:41 14.01.2020     24

Əgər tərəflər maraqlı olarsa, Moskva Vaşinqtonla Tehran arasında dialoqun başlanmasına kömək etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“ABŞ və İranı sakit davranmağa və bütün problemləri dialoq yoluyla həll etməyə çağırırıq. Çoxları ABŞ və İran arasında gərginliyin azaldılması üçün əlaqələrin başladılmasına cəhd edir”, – deyə o bildirib.

Lavrov Rusiyanın İran və ABŞ arasında münasibətlərə müdaxilə etməyə hazırlaşmadığını bildirib.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/436968.html