Bəxtiyar Hacıyevi təhdid edən saxlanıldı - RƏSMİ

 15:48 14.01.2020     21

Tanınmış bloqqer Bəxtiyar Hacıyevin təhdid olunması ilə bağlı polis araşdırma aparıb.

Lent.az -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən, Suraxanı rayonunda qeydiyyatda olan 31 yaşlı Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

E.Bağırovun Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olduğu da müəyyənləşdirilib.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.


Xəbərin mənbəyi: https://lent.az/news/336448