10 yaşlı oğlanın ölümü ilə bağlı - Rəsmi açıqlama

 15:53 14.01.2020     29

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb.

TƏBİB-dən Axar.az-a bildirilib ki, 11 yanvar 2020-ci ildə saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:

"Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12.01.2020-ci ildə saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib".

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.


Xəbərin mənbəyi: https://axar.az/news/toplum/436973.html