Məktəblinin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

 15:52 14.01.2020     77

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Lent.az -a verilən xəbərə görə, yanvarın 11-də saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:

"Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

12 yanvar 2020-ci il saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub və təcili yardım şöbəsində yardım edilib.

Uşaq valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır".


Xəbərin mənbəyi: https://lent.az/news/336451