SEPAH-dan Süleymani açıqlaması: 25 milyon insan...

 16:08 14.01.2020     74

İranın müxtəlif şəhərlərində general Qasım Süleymani üçün təşkil olunan vida mərasimlərində ümumilikdə 25 milyona yaxın insan iştirak edib.

Axar.az xəbər verir ki, bunu SEPAH rəsmisi Ramazan Şərif deyib.

“80 milyonluq xalqın 25 milyonu mərasimlərdə iştirak edib, qalanları isə hadisə ilə bağlı başsağlığı verib”, - Şərif bildirib.

Onun sözlərinə görə, generalın nəşi ölkəyə gətirildikdən sonra Əhvaz, Məşhəd, Tehran, Qum və Kirmanda vida mərasimləri keçirilib.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/436975.html