Tolik məşhur müğənninin ona etdiyi təklifdən danışdı: Otağıma girdi, 200 dollar... - FOTO

 16:06 14.01.2020     53

"İnanın səmimiyyətimə, mən 3 ildə burada o qədər pul qazanardım ki... Hər müğənni gələrdi, hər gələn istəyib də ha. Cibimə 200-300, özü də manatla yox dollarla pul basıblar. Mən demişəm ki, mən pul istəmirəm, get mənim xoşum gələn ətirdən al göndər mənə"

Milli.Az xəbər verir ki, bu etirafı "Hər şey daxil"də aparıcı Tarix Əliyev (Tolik) edib.

Tolikin növbəti açıqlaması daha maraqla qarşılanıb:

"Elçin Hüseynov dostumuz mənim verilişimə təzə gələndə otağıma girdi, 200 dollar pul qoydu. Şəkilini çəkib İnstaqrama qoydum ki, Elçin şirinlik verib. Bilirsiniz niyə? - Mən burada müğənnidən 100 manat alıb veriliş boyu onun yanında dilim gödək ola bilməz ki, o, desin qatıq qaradır, mən deyim qaradır". 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/817858.html