Dünyada kompüter satışı artdı

 16:15 14.01.2020     24

Dünyada personal kompüter satışı son 8 ildə ilk dəfə artıb.

Axar.az xəbər verir ki, məlumata görə, keçən il dünyada 266,69 milyon kompüter satılıb. Bunun isə 2,7% artım anlamına gəldiyi vurğulanıb.

Personal kompüter satışının artmasına “Maykrosoft”un “Vindous 7” əməliyyat sistemini dəstəkləməməsi səbəb olub. “Vindous 10”na keçid “Lenovo”, HP və “Dell” kompüterlərinin satışını artırıb.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/436978.html