Avtomobilini evakuatora çırpan sürücü xəstəxanada öldü

 16:21 14.01.2020     58

Bakının Xətai rayonunun Neapol küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 13-də saat 6 radələrində Xətai rayonunun Neapol küçəsində Bakı şəhər sakini Elşad Nağıyev idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini R.Quliyevə məxsus "Mercedes" markalı evakuatora vurub.

Bildirilir ki, xəstəxanaya yerləşdirilməyinə baxmayaraq, E.Nağıyev orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/country/817761.html