Bakıda quldurluq edən şəxs ələ keçdi

 16:25 14.01.2020     30

Binəqədi rayonunda quldurluq edən şəxs saxlanılıb.

Milli.Az Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Əliyev yanvarın 13-də saat 15 radələrində S.Məmmədova küçəsində 1 nəfərin onu bıçaqla hədələyərək pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Vahim İsmayılov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/country/817733.html