"Karmen" operasının tamaşası keçiriləcək

 16:48 14.01.2020     35

Yanvarın 25-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcək.  

Milli.Az xəbər verir ki, tamaşada Karmen partiyasını Azərbaycanın Xalq artisti Fidan Hacıyeva ifa edəcəkdir. F.Hacıyeva ilə yanaşı opera tamaşasında Teatrın solistlərindən Xalq artistləri Əli Əsgərov (Suniqo), Gülnaz  İsmayılova (Fraskita), Əməkdar  artistlər Fərid Əliyev (Xoze), İlahə Əfəndiyeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio),  Əliəhməd İbrahimov (Remendado),  Tural Yahyayev (Dankayro), solist  Nina Makarova (Mersedes) iştirak edəcəklər.

Tamaşanı Teatrın baş dirijoru,  Əməkdar  artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/culture/817767.html