Qadının qarın boşluğunda qayçı qalması ilə bağlı RƏSMİ MƏLUMAT

 17:11 14.01.2020     80

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat olunan qadının qarın boşluğunda qayçı qalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

TƏBİB-dən Lent.az -a verilən məlumata görə, 2019-cu il iyulun 2-də pasient Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunub:

"2019-cu il dekabrın 2-də xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb.

Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib".

Qeyd edək ki, hadisə barədə ilk məlumatı "baku.ws" saytı yaymışdı.


Xəbərin mənbəyi: https://lent.az/news/336462