"Deyirlər ki, Kəmalə ilə evlən"

 17:19 14.01.2020     21

Bizimki daha maraqlı, yeni və bahalı layihədir. Ssenari və obrazlar eynidir. Sadəcə, ad dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Elcan Rəsulov "1 Kişi, 1 qadın" layihəsi haqda deyib. Tərəf müqabili Kəmalə Piriyeva ilə "Zaurla Günaydın" proqramına qonaq olan aktyor ekran işi ilə bağlı açıqlama verib. O bildirib ki, onların layihəsi rejissor Aqil M.Quliyevin "Ər və arvad"ından daha maraqlı və bahalıdır.

Elcan izləyicilərin ona Kəmalə ilə bağlı tez-tez suallar ünvanladığını bildirib:

"Serialdakı cütlüyü yaraşdırırlar. Tez-tez deyirlər ki, Kəmalə ilə evlən. Hətta biri o dəfə yazıb ki, al bunu dincəlsin da".

Milli.Az

 
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/817751.html