Keçmiş məhkum həmkəndlisinin evini yardı

 17:34 14.01.2020     18

Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Yevlax rayon Tanrıqulular kənd sakini H. Bağırova Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək 2019-cu ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

Bildirilir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov saxlanılıb. Araşdırmalarla R. Cəfərovun 2 ədəd videokamera, 5 ədəd yaddaş kartı, 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı o törtədiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı CM-in müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/country/817781.html