Belarus Azərbaycandan neft almaq istəyir

 17:39 14.01.2020     33

Belarus Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltika ölkələrinə neft satın almaqla bağlı müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Baş nazirinin birinci müavini Dmitri Krutoy deyib.

Baş nazirin müavini bildirib ki, Belarus hökuməti alternativ neft tədarükü mexanizmlərini araşdırır.

D.Krutoyun sözlərinə görə, hazırda zavodların və Belarus Neft Şirkətinin bütün xidmətləri gündəlik danışıqlar həyata keçirir.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/economy/817899.html