Pakistan Ermənistanla diplomatik əlaqələr qurur? - AÇIQLAMA

 17:36 14.01.2020     77

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, Pakistanın bu məsələdəki mövqeyi dəyişməzdir.

"Bir daha qeyd edirik ki, Pakistanın Ermənistanı tanımaq məsələsində mövqeyi dəyişməzdir. KİV-də yanvarın 10-da dərc olunan bu yazının heç bir əsası yoxdur”, - səfirliyin açıqlamasında deyilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/301904.html