Xərçəngdən də qorxulu xəstəlik yayılıb: 50 milyon insan...

 22:40 17.01.2020     77

Sepsis xəstəliyi hər il dünyada 11 milyon insanın ölümünə səbəb olur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Lanset" jurnalında dərc olunan hesabatda bildirilib.

Pittsburq və Vaşinqton universitetlərinin ekspertlərinin araşdırmasına görə, 2017-ci ildən bəri sepsisdən ölənlərin sayı dünyadakı ölümlərin 19.7 faizini təşkil edib.

Hesabatda qeyd edilir ki, planetdə 48.9 milyon insan sözügedən xəstəliyə tutulub. Bu xəstəlikdən ölənlərin yarısını uşaqlar və yeniyetmələr təşkil edir.

Ekspertlər bildirirlər ki, dünyada sepsisdən ölənlərin sayı xərçəngdən ölənlərin sayından çoxdur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/818779.html