Litvanın əhalisinin sayında son 28 ildə ilk dəfə olaraq artım müşahidə edilib

 22:43 17.01.2020     39

Litva Statistika Departamentinin verdiyi məlumata əsasən, miqrasiya tendensiyaları ilə əlaqədar olaraq, ölkə əhalisinin sayında son 28 il ərzində ilk dəfə artım müşahidə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ayın statistikasına görə, Litvada 2 milyon 794,3 min daimi sakin yaşayıb, bu da bir il öncəki göstərici ilə müqayisədə 145 nəfər çoxdur.

Departament Litva əhalisinin son 28 ildə ilk dəfə olaraq artdığını, ölkənin daimi əhalisinin sayında son artımın 1991-ci ildə qeydə alındığını vurğulayıb.

Əhalinin artımına ötən il Litvanı tərk edənlərin sayı ilə müqayisədə ölkəyə 10,8 min çox insanın gəlməsi səbəb olub. Köçüb gələnlərin yarıdan çoxunu ukraynalı və beloruslar təşkil edir.

Qeyd edək ki, ötən il ölkədə 27 min 700 körpə doğuldu halda, 38 min 400 nəfər dünyasını dəyişib.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/world/818652.html