Avtomobillər toqquşub: ölən və yaralananlar var - FOTO

 23:18 17.01.2020     50

Saatlıda iki avtomobil toqquşub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaranuru kəndində  baş verib.

Belə ki, "Vaz-2107" və "Mitsubishinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan rayonun Azadakənd kənd sakini, 1956-cı il təvəllüdlü Cəfərov Nizami Kamran oğlu Şirvan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxananın reanimasiya şöbəsində ölüb.

Digər üç nəfərin isə vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

cMilli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/society/818900.html