Serial çəkilişi zamanı 2 aktyor öldü

 23:35 17.01.2020     55

Meksikada teleserial çəkilişləri zamanı 2 aktyor asma körpüdən yıxılaraq ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Televisa” telekanalı məlumat yayıb.

Bildirilir ki, “Həqiqət qarşısında qorxusuz” adlı teleserialın çəkilişi zamanı Xorxe Navarre Sançes və Luis Xerarde Rivera qəfil yıxılaraq həyatlarını itiriblər.

İnsidentlə bağlı ətraflı məlumat verilməyib.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/437970.html