DiKaprio 22 yaşlı sevgilisindən də ayrıldı - FOTO

 23:42 17.01.2020     48

"Once Upon a Time ...in Hollywood" filmindəki Rick Dalton obrazı ilə 92-ci "Oskar" mükafatına namizəd olan Leonardo DiKaprio 22 yaşlı sevgilisindən ayrılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika mətbuatı Hollivud ulduzunun 2017-ci ildə tanış olduğu Camila Morronedən uzaqlaşdığını yayıb. Sonuncu dəfə St Barts adasında görüntülənən cütlüyün münasibətə son qoyduğu bildirilib. 

Qeyd edək ki, sonuncu dəfə evlənəcəkləri barədə xəbərləri yayılan DiKaprio və Camila arasında 23 yaş fərqi var. Onlar bu mövzuda sosial şəbəkələrdə tez-tez müzakirə olunurdular.

Xatırladaq ki, Morrone amerikalı aktyor Al Paçinonun ögey qızıdır.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/818808.html