Bağdadda toqquşmalar: 2 etirazçı öldü

 00:04 18.01.2020     57

İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələri ilə toqquşmada 2 etirazçı həlak olub, 20-dən çoxu isə xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl- Ərəbiyə” telekanalı məlumat yayıb.

Toqquşmalar Təhrir meydanı yaxınlığında, Əs-Sənak körpüsündə baş verib.

Bildirilib ki, etirazçıların posta hücum etməsindən sonra hökumət qüvvələri güc tətbiq etməyə məcbur qalıb.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/437976.html