Dünyanın ən kiçik boylu insanı öldü

 01:06 18.01.2020     49

Dünyanın ən kiçik boylu insanı – Hagendra Tapa Maraq 28 yaşında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Ginness Rekordlar Kitabının rəsmi saytında məlumat verilib.

Qeyd edilir ki, H.T.Maraq 1992-ci ildə dünyaya gəlib. O, 67,08 sm olduğunda müstəqil şəkildə hərəkət edə bilən dünyanın ən kiçik boylu insanı kimi qəbul edilib. İlk dəfə o, 2011-ci ildə Ginness Rekordlar Kitabına daxil edilmişdi.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/437983.html