Dünənə qədər dövlət yaxşı idi, bu gün pis?! – Zahid Oruc

 02:08 18.01.2020     43

Bu prosesin içərisində yer alan insanlar qəti şəkildə düşünməli deyillər ki, keçmiş dövrdə mövcud olan Məclis dövlətin və xalqın müəyyən gözləntilərini tam doğruldub. Problemləri görmək, qüsurları qəbul və təhlil etmək, bu cür səhvlərə bir daha yol verməmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri 94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd Zahir Oruc deyib. O bildirib ki, bu seçkilərdə namizəd olmayan insanlar qətiyyən küsməməli, inciməməlidir:

“Onlar hər hansı parçalanmalara, qruplaşmalara yol verməmək mövqeyini tutmalıdırlar. Dünənə qədər dövlət etibar edirdi, bu yaxşı idi, bu gün etibar etmirsə, pisdir?! Mən bu mövqeni qəbul etmirəm. Yaşından, başından asılı olmayaraq, biz hamımız bir addım kənara qoymağı bacarmalıyıq. Azərbaycan əleyhinə gedən müxtəlif çaplı proseslərdə biz siyasi zireh kimi bu qurumun təmsilçilərini qarşıda görməliyik”.


Xəbərin mənbəyi: https://axar.az/news/gundem/437992.html