Türkiyəli hakerlər Yunanıstanın dövlət və hökumət saytlarını ələ keçirdi

 02:20 18.01.2020     39

Türkiyəli hakerlər Yunanıstanın dövlət və hökumət əhəmiyyətli qurumlarının internet səhifələrinə hücum ediblər.

Publika.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, “Anka Neferler Tim” adlı qrup tərəfindən təşkil edilən hücum zamanı zərər görən internet səhifələri arasında Yunanıstanın Milli Kəşfiyyat Təşkilatının portalı da var. Türkiyəli hakerlər hücuma görə məsuliyyəti üzərlərinə götürərək bildiriblər ki, hücuma məruz qalan internet səhifələrinə giriş onların istəyindən asılı olacaq.

“Biz nə vaxt istəsək o vaxt səhifəyə girə bilərlər” - deyə açıqlamada qeyd olunub.

Anar Türkeş


Xəbərin mənbəyi: https://publika.az/news/hadise/302253.html